Almaniyanın paytaxtı Berlində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilib. Turnirdə 35 ölkədən 500-dən çox idmançı medallar uğrunda mübarizə aparıb.”Neftçi” İdman Klubunun yığma komandamızın heyətində təmsil olunan cüdoçuları mötəbər yarışı bir dəst medalla başa vurublar.
Süleyman Şükürov (81 kq) oğlanlar arasında təşkil olunan yarışda gümüş medala layiq görülüb.
Xanım idmançılarımızdan Fidan Əlizadə (57 kq) bütün rəqiblərini məğlub edərək Avropa kubokunun qalibi olub. Könül Əliyeva (48 kq) isə turniri üçüncü pillədə başa vurub.