“Neftçi” İdman Klubunun cüdoçuları Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa birinciliyində inamla çıxış edərək bütün rəqiblərinə qalib gəliblər və mötəbər turnirin qızıl medalına sahib olublar. Həlledici finalda Könül Əliyeva türkiyəli Zilan Ertemi, Fidan Əlizadə isə gürcüstanlı Nino Loladzeni məğlub edib.
Qeyd edək ki, Avropa birinciliyinə sentyabrın 8-də yekun vurulacaq.