Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 21 yaşadək (U-21) gənc cüdoçular arasında paytaxt birinciliyi keçirilib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində baş tutan yarışda Bakının 27 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 150 cüdoçu 14 çəki dərəcəsi üzrə mübarizə aparıb.
“Neftçi” İdman Klubunun yetirmələrindən 66 kiloqram çəkidə çıxış edən Xanəhməd Şərifov bütün rəqiblərini məğlub edib və qızıl medal qazanıb. İbad Əmirov (73 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.