Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 64 komandanın 304 (278 kişi, 26 qadın) idmançısı medallar uğrunda mübarizə aparıb. Boks Mərkəzində təşkil edilən turnirdə bu gün final görüşləri keçirilib və ölkənin ən güclülərinin adlarına aydınlıq gəlib.

“Neftçi” İdman Klubunun təmsilçiləri ölkə birinciliyinin 3 qızıl, 1 gümüş və 1 bürünc medalına yiyələniblər. Boksçularımızdan Banuçiçək Nasirli (48 kq), Özləm Həsənova (70 kq) və Mircəlal Mirağayev (80 kq) bütün döyüşlərdən qalib ayrılaraq Azərbaycan çempionluğunun sevincini yaşayıblar. Firuzə Şabnyayeva (81 kq) gümüş, Ceyhun Məhərrəmli (75 kq) isə bürünc medala layiq görülüb.