• Dekabr 7, 2024
  • Redactor Neftchi
  • 0

Futzal üzrə Yüksək Liqada VI turun oyunları keçirilir.

“Neftçi” İdman Klubunun futzal komandası bu turda “Şuşa” ilə qarşılaşıb. “Olimpik Star”da reallaşan matçda daha üstün oyun sərgiləyən “Neftçi” rəqibini 4:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, komandamız hazırda 15 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.