SOCAR-ın dəstəyi, “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında “Əsrin müqaviləsi”nin 30 illiyinə həsr olunmuş SOCAR-2024 minifutbol turnirinin açılış mərasimi keçirilib.
Bakı Olimpiya Stadionunun örtülü meydançasında təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbir iştirakçılarına “Əsrin müqaviləsi” və ona həsr olunmuş turnir haqda geniş məlumat verilib.
Açılış mərasimi bitdikdən sonra birinci turun oyunlarına start verilib.
Xatırladaq ki, yarışda 28 komanda hərəsində 4-ü olmaqla 7 qrupda mübarizə aparacaq. Qrup mərhələsində ilk iki yeri tutmuş komandalar, eləcə də üçüncü pillədə qərarlaşan və ən yaxşı nəticəyə sahib olan iki komanda final mərhələsinə vəsiqə qazanacaq. Turnir sentyabrın 21-dək davam edəcək. Oyunlar hər həftənin şənbə günləri Bakı Olimpiya Stadionunun örtülü meydançalarında baş tutacaq.
Qeyd edək ki, yarışın maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən ilk günündə aşağıdakı nəticələr qeydə alınıb:
SOCAR Upstream – “Azərkimya” İB – 1:2
AZFEN – “Azəriqaz” İB – 4:4
Gulf Drilling – Sosial İnkişaf İdarəsi – 8:2
“Balaxanı” ƏŞ – Karbamid Zavodu – 0:5
“Neftqaztikinti” Tresti – “Suraxanı” ƏŞ – 3:1
Təhlükəsizlik İdarəsi – “SOCAR Petroleum” – 1:0
Neft Kəmərləri İdarəsi – SOCAR Baş Ofis – 5:1
“Qaz İxrac” İdarəsi – SOCAR KBR 1:0
“Azneft” İB – Bakı Ali Neft Məktəbi – 9:1
EKOL- Metanol Zavodu – 3:3
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi – SOCAR Downstream Management – 0:11
“SOCAR Polymer” Zavodu – SOCAR Midstream Operations – 12:0
Məişət Maye Qaz – “Neftqazelmitədqiqatlayihə” İnstitutu 0:1
Az-Servis – İnformasiya Texnologiyaları və Rabitə İdarəsi – 3:5