“Neftçi” İdman Klubunun şahmatçısı Eltac Səfərli İndoneziyada keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb. İdmançımız 11 turdan ibarət dairəvi sistemlə keçirilən yarışda 8,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.