
Bu gün Bakıda cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.
Milli Gimnastika Arenasında təşkil olunan yarışın ilk günündə “Neftçi” İdman Klubunun təmsilçisi Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb. İdmançımız üçüncü yer uğrunda qarşılaşmada ukraynalı Dilşot Xalmatovu qızıl xal bölümündə məğlub edib.