Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumlarının əməkdaşları arasında lll minifutbol turniri start götürüb.
Qırx dövlət qurumunun komandalarının iştirakı ilə keçirilən yarışda B qrupunda yer alan SOCAR komandası ilk turda Məhkəmə-Hüquq Şurasının kollektivi ilə üz-üzə gəlib. Xətai rayonundakı “Azfar” meydançasında baş tutan və gərgin mübarizə şəraitində keçən qarşılaşmada qalib müəyyənləşməyib və matç 2:2 hesablı bərabərliklə sona yetib.
Qeyd edək ki, turnirdə 40 dövlət qurumu hərəsində 10 komanda olmaqla 4 qrupda mübarizə aparacaq.