
“Neftçi” İdman Klubunun daha bir qadın güləşçisi Elnurə Məmmədova (53 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında böyük əzmkarlıq nümayiş etdirərək qızıl medala sahib olub. Xanım idmançımız finalda rusiyalı Yekaterina Karpuşkinaya 3:0 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, daha əvvəl klubumuzun qadın güləşçilərindən Günay Qurbanova Avropa çempionu olub. Əsmər Cankurtaran (50 kq) isə yarışı bürünc medalla başa vurub.
Sərbəst güləşçilərimizdən Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) gümüş, Murad Haqverdiyevlə (65 kq) Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıblar.