“Neftçi” İdman Klubunun yunan-Roma güləşçisi Rəşad Məmmədov Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında inamla çıxış edərək gümüş medala sahib olub. Əlli beş kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici finalda iranlı Ahmad Vafaya məğlub olub və dünya ikincisi olub.
Xatırladaq ki, ötən gün klubumuzun digər yunan-Roma güləşçisi Nihad Quluzadə (60 kq) mundialın bürünc medalını qazanmışdı.