Polşanın Pila şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatı davam edir.
Yarışın ikinci günündə “Neftçi” İdman Klubunun təmsilçisi Ömər Rəcəbli (81 kq) mükafatçılar arasında yer alıb. Cüdoçumuz bürünc medal uğrunda görüşdə israilli Yaniv Aqronovu məğlub edib və fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.