Estoniyanın paytaxtı Tallində gənc cüdoçular arasında keçirilən Avropa birinciliyi davam edir.
Bu gün “Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan daha bir təmsilçisi nüfuzlu turnirin mükafatına layiq görülüb. Səksən bir kiloqram çəki dərəcəsində çıxış edən Süleyman Şükürov əzmlə mübarizə apararaq finala qədər irəliləyib. Həlledici qarşılaşmada gürcüstanlı Aleksandre Loladze ilə üz-üzə gələn idmançımız rəqibinə qalib gəlib və Avropa çempionu olub.

Xatırladaq ki, ötən gün klubumuzun xanım cüdoçuları Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) də eyni uğura imza ataraq qızıl medal qazanıblar.
Qeyd edək ki, yarış sentyabrın 8-dək davam edəcək.