“Neftçi” İdman Klubunun ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medala sahib olub.

Yüz doqquz kiloqram çəki dərəcəsində çıxış edən atletimiz 183 kiloqram ağırlığı ram edib və bu hərəkətdə dördüncü olub.

İdmançımız təkanla qaldırma hərəkətində daha yaxşı nəticə göstərib və tarixi uğur qazanıb. 221 kiloqramı başı üzərinə qaldıran Dadaş Dadaşbəyli bu hərəkətdə mundialın gümüş medalına yiyələnib. Təmsilçimiz toplam 404 kiloqram (183+221) nəticə ilə yekun sıralamada ikinci yeri turub.

Xatırladaq ki, Dadaş Dadaşbəyli ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal əldə etmişdi.