
“Neftçi” İdman Klubunun cüdoçuları Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci günündə daha bir medal qazanıblar.
Səksən bir kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev inamla çıxış edərək finala qədər irəliləyib. Cüdoçumuz həlledici görüşdə kanadalı Fransua Qotye-Drapoya qalib gələrək millinin hesabına ilk qızıl medalı yazdırıb. Xatırladaq ki, yarışın ilk günündə klubumuzun digər təmsilçisi Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb.