Tacikistanın paytaxtı Düşənbədə gənclər arasında keçirilən cüdo üzrə dünya birinciliyi davam edir.
“Neftçi” İdman Klubunun yığma komandamızın heyətində təmsil olunan cüdoçusu Süleyman Şükürov (81 kq) mundialın bürünc medalına sahib olub. İdmançımız çıxışına ikinci mərhələdən başlayıb və serbiyalı Mixaylo Siminə qalib gəlib. Daha sonra cüdoçumuz koreyalı Senq-Min Kimi məğlub edərək dörddəbir finala yüksəlib. Bu mərhələdə o, hollandiyalı Coşua De Lanq ilə üz-üzə gəlib və məğlub olub. Süleyman Şükürov bürünc medal uğrunda qarşılaşmada tacikistanlı Muhammad Yusufzoda üzərində inamlı qələbə qazanıb və fəxri kürsünün üçüncü pilləsində yer alıb
Qeyd edək ki, bu, millimizin dünya birinciliyində ilk mükafatı olub.