“Neftçi” İdman Klubunun cüdoçusu Nihad Məmişov Perunun paytaxtı Limada yeniyetmələr arasında keçirilən dünya birinciliyində inamla mübarizə apararaq qızıl medala sahib olub. Əlli beş kiloqram çəki dərəcəsində çıxış edən idmançımız finalda Monqolustan təmsilçisinə ipponla qalib gəlib. Beləliklə, o, ikinci dəfə mundialda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, 2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdə də eyni uğura imza atan Nihad Məmişov ikiqat dünya çempionu olub.