• Aprel 23, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun cüdoçusu Əhməd Yusifov (60 kq) Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb. İdmançımız üçüncü yer uğrunda qarşılaşmada ispaniyalı üçqat Avropa çempionu Fransisko Qarriqosa ipponla qalib gəlib.

Qeyd edək ki, bu, Azərbaycan cüdoçularının turnirdə qazandığı ilk mükafat olub.