“Neftçi” İdman Klubunun təmsilçisi Fidan Əlizadə Polşanın Pila şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında böyük əzmkarlıq nümayiş etdirərək qızıl medala sahib olub. İdmançımız 57 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər xanım cüdoçumuz Aydan Vəliyeva (52 kq) isə yalnız həlledici final qarşılaşmasında məğlub olub və gümüş medala layiq görülüb.