Sloveniyanın Podçetrtek şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Kuboku yarışına yekun vurulub.
“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan təmsilçilərindən Nəriman Mirzəyev (73 kq) inamla çıxış edərək bütün rəqiblərini məğlub edib və Avropa kubokuna sahib çıxıb. Digər cüdoçularımız – Rövşən Əliyev (66 kq) və Camal Feyziyev (+100 kq) isə bürünc medala layiq görülüblər.