“Neftçi” İdman Klubunun cüdoçuları Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan Qran-pri turnirinin ilk günündə 2 medal əldə ediblər. Təmsilçilərimizdən altmış kiloqram çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov yalnız həlledici final görüşündə məğlub olaraq gümüş medal qazanıb. Ruslan Paşayev (66 kq) isə yarışı üçüncü pillədə başa vurub.

Qeyd edək ki, sentyabrın 15-dək davam edəcək Qran-pri turnirinə 40 ölkədən 326 cüdoçu qatılıb.