![](https://static.neftchi.org/uploads/IMG-20250202-WA0054.jpg)
Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulub.
“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan təmsilçiləri yarışın 2 medalına yiyələniblər.
Cüdoçularımızdan Ruslan Paşayev (66 kq) startda Çannyeonq Kimi (Cənubi Koreya), ardınca isə Murad Çopanovu (İJF) və fransalı Valid Xyarı məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə digər fransalı Daikii Bouba üzərində qələbə qazanıb və turnirin qalibi olub.
Ömər Rəcəbli (81 kq) isə üçüncü yer uğrunda qarşılaşmada yaponiyalı rəqibi Yoşito Hojo zədə səbəbindən görüşə çixmadığı üçün bürünc medala layiq görülüb.
![](https://static.neftchi.org/uploads/1000078954-1024x576.jpg)