Tatarıstanın paytaxtı Kazanda keçirilən “BRICS Sports Games Kazan-2024” beynəlxalq multi-idman oyunları sona yetib.Yarışın sonuncu günündə “Neftçi” İdman Klubunun boksçularından Tural Sarıyev (48 kq), Nəbi İsgəndərov (67 kq) və Mirşərif Kazımzadə (75 kq) bürünc medala layiq görülüblər.Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan komandasının heyətində Murad Əkbərov gümüş, Sevil Bunyatova isə qadınlardan ibarət millimizin heyətində bürünc medal qazanıb.Cüdoçularımızdan isə Camal Feyziyev (+100 kq) turniri üçüncü pillədə başa vurub.