“Neftçi” İdman Klubunun boksçusu Tayfur Əliyev (60 kq) “HELL Boxing Kings”də mövsümün çempionu olub. Avropa Oyunlarının mükafatçısı Macarıstanın Mişkolts şəhərində təşkil olunan final gecəsində yerli boksçu Kovaç Kruzito ilə qarşılaşıb. Altı raund davam edən döyüş idmançımızın qələbəsi ilə sona yetib.
Qeyd edək ki, Tayfur Əliyev bu qələbə ilə mövsümün çempionu olaraq xüsusi kəmərə layiq görülüb.