“Neftçi” İdman Klubunun təmsilçisi Aylin Nəzərova Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyində mükafata layiq görülüb. Qırx səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan xanım idmançımız mötəbər yarışın bürünc medalına sahib olub.