“Neftçi” İdman Klubunun təmsilçiləri Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatında böyük uğura imza atıblar. Belə ki, boksçularımız Tural Sarıyev (48 kq) və Murad Allahverdiyev (80 kq) əzmkarlıq nümayiş etdirərək finala qədər irəliləyiblər. Yalnız həlledici qarşılaşmada məğlub olan idmançılarımızın hər ikisi mötəbər yarışın gümüş medalına sahib olub.