
“Neftçi” İdman Klubunun boksçuları Serbiyanın paytaxtı Belqradda keçirilən beynəlxalq turnirdə 2 medala yiyələniblər. Təmsilçilərimizdən Anaxanım İsmayılova (48 kq) bütün döyüşlərdən qalib ayrılıb və qızıl medal qazanıb.
Digər idmançımız Emili Rzayeva (70 kq) isə yarışı üçüncü pillədə başa vurub.