“Neftçi” İdman Klubunun boksçuları Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turnirdə 3 medala yiyələniblər.
Təmsilçilərimizdən Sərxan Əliyev (71 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Nəbi İsgəndərov (71 kq) gümüş medala layiq görülüb. Mübarizəni yarımfinalda dayandıran Tayfur Əliyev (60 kq) isə üçüncü pillədə qərarlaşıb.