
Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında boks yarışları başa çatıb.
Yarışın sonuncu günündə “Neftçi” İdman Klubunun boksçusu Babək Abdullayev (40 kq) inamla çıxış edərək butun rəqiblərinə qalib gəlib və Gimnaziadanın qızıl medalına sahib olub.
Qeyd edək ki, daha əvvəl klubumuzun boksçularından Nurlan Müseyibli (66 kq) və Zirəddin Rüstəmli (70 kq) qızıl, Nuray Qafarova (48 kq) isə gümüş medal qazanmışdı.