• Aprel 11, 2025
  • Redactor Neftchi
  • 0

Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında boksçuların mübarizəsi davam edir. Zlatibor şəhərində təşkil olunan yarışın ikinci günündə boksçularımızdan Nurlan Müseyibli (66 kq) və Zirəddin Rüstəmli (70 kq) qızıl medala sahib olublar. Nuray Qafarova (48 kq) isə qızlar arasında gümüş medala layiq görülüb.