• Aprel 26, 2025
  • Redactor Neftchi
  • 0

Boks üzrə kadetlər arasında keçirilən bölgə birinciliyi sona yetib. Bakı Boks Mərkəzində təşkil olunan turnirdə 50 komandadan 153 idmançı 17 çəki dərəcəsi üzrə qüvvəsini sınayıb.

“Neftçi” İdman Klubunun boksçuları yarışda əzmlə mübarizə apararaq 8 medal (5 qızıl, 1 gümuş, 2 bürünc) qazanıblar və komanda hesabında birinci yeri tutublar.

İdmançılarımızdan Babək Abdullayev (40 kq), Elcan Musazadə (50 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq) və Nuray Qafarova (48 kq) bütün döyüşlərdən qalib ayrılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yunis Qarazadə (60 kq) gümüş, Nihad Əsədov (80 kq) və Akif Qurbanov (90 kq) isə bürünc medala layiq görülüb.