“Neftçi” İdman Klubunun boksçusu Tural Sarıyev Monteneqronun Budva şəhərində keçirilən Avropa kubokunda bürünc medala layiq görülüb. Qırx səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan dəri əlcək ustamız yarımfinalda rusiyalı Artiş Soyanla görüşdə məğlub olub və yarışı üçüncü pillədə başa vurub.
Bu mərhələdə 63,5 kq çəkidə israilli Ahmat Ştivi döyüşdən imtina etdiyi üçün klubumuzun digər təmsilçisi Malik Həsənov finala vəsiqə qazanıb və həlledici görüşdə mübarizə aparacaq. Onun çempionluq uğrunda rəqibi rusiyalı Qabil Məmmədov olacaq.