Bu gün Azərbaycan Basketbol Liqasında XVI tura start verilib.
Bu tur çərçivəsində A qrupunda təmsil olunan “Neftçi” “Naxçıvan”la qarşı-qarşıya gəlib. Bakı İdman Sarayında təşkil olunan görüşdə çox gözəl oyun nümayiş etdirən komandamız güclü rəqibini 114:70 hesabı ilə məğlubiyyətə uğradıb.