
Basketbol üzrə Azərbaycan Kubokunda dörddəbir final mərhələsinin oyunlarına yekun vurulub.
“Neftçi” bu mərhələdə “Sabah” komandası ilə üz-üzə gəlib. Bakı İdman Sarayında baş tutan qarşılaşmada təmsilçimiz güclü rəqibinə 85:81 hesabı ilə qalib gəlib və yarımfinala yüksəlib.
Qeyd edək ki, yarımfinalda “Neftçi” NTD komandası ilə qarşılaşacaq. Oyunlar martın 28-də keçiriləcək.



















