Azərbaycan Cüdo Federasiyası tərəfindən Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək cüdo üzrə milli komandamızın heyəti açıqlanıb.
Qürurverici haldır ki, iyulun 26-da start götürəcək XXXIII Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək 9 cüdoçudan 8-i “Neftçi” İdman Klubunun təmsilçiləridir: Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq), və Uşanqi Kokauri (+100 kq).