Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2007-2008-ci il təvəllüdlü idmançılar arasında keçirilən atletika üzrə Azərbaycan birinciliyi sona yetib.
”Neftçi” İdman Klubunun atletləri yarışda 2 medala yiyələniblər. Təmsilçilərimizdən Bülbül Babayev hündürlüyə tullanma yarışında 1,50 metr nəticə göstərərək ikinci yeri tutub. Nərmin Hüseynli isə nizə atmada 23,35 metr nəticə ilə bürünc medala layiq görülüb.