
“Neftçi” İdman Klubunun yetirməsi Bülbül Babayev Bakı Atletika Mərkəzində 2008-2009-cu il təvəllüdlü idmançılar arasında keçirilən (qapalı məkanda) ölkə birinciliyində uğurla çıxış edib və mükafata layiq görülüb. Atletimiz hündürlüyə tullanma yarışında 1,76 metr nəticə göstərərək qızıl medala sahib olub.