Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzinin yarış zalında ağırlıqqaldırma üzrə gənclər arasında ölkə birinciliyi və böyüklər arasında ölkə çempionatı keçirilib.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birgə təşkil etdiyi yarışda respublikanın bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayıb.
“Neftçi” İdman Klubunun təmsilçiləri turniri 2 qızıl medalla başa vurublar. Xanım idmançımız Rahilə Hüseynzadə (81 kq) toplam 200 kiloqram (birdənqaldırma 90 kq, təkanla qaldırma 110 kq) nəticə göstərərək həm gənclər, həm də böyüklər arasında yarışın qalibi olub. Dadaş Dadaşbəyli (+109 kq) də böyüklər arasında eyni uğura imza ataraq Azərbaycan çempionu olub. O, toplam 320 kiloqram (birdənqaldırma 135 kq, təkanla qaldırma 175 kq) ağırlığın öhdəsindən gələrək buna nail olub.