Qazaxıstan
Respublikasının Almatı şəhərində paralimpiyaçılar arasında pauerliftinq idman
növü üzrə açıq Asiya çempionatına yekun vurulub. 2016-cı ildə Rio de Janeyroda
keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran çempionatda 30
ölkədən 220 paralimpiyaçı qalib adı uğrunda mübarizəyə qoşulub.”Neftçi
İdman Klubu”nun təmsilçisi Elşən Hüseynov (107 kq) yarışda böyük uğura imza
atıb. O, 242 kq ağırlığın öhdəsindən gələrək qızıl medala sahib olub və dünya
rekordunu təzələyib.Qeyd
edək ki, Elşən Hüseynov hazırda beynəlxalq reytinq cədvəlində birinci yerdədir.