Braziliyanın
Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında dünya birinciliyi
start götürüb. Yarışda hər üç güləş növü üzrə yığma komandamız iştirak edir.Birincilikdə
əvvəlcə yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar. “Neftçi İdman Klubu”nun
60 kq çəkidə çıxış edən təmsilçisi Kərim Cəfərov finala qədər maneəsiz irəliləyib.
O, ardıcıl olaraq Cənubi Afrika Respublikası (Jan Lorens Kombrink), Ermənistan (Taron Dumoyan), Gürcüstan (Levanin Kavjaradze),
Yaponiya (Kavan Masuto) idmançıları üzərində inamlı qələbə qazanıb və finala vəsiqə
əldə edib. Bu mərhələdə rusiyalı Sergey Emilinə uduzan Kərim dünya birinciliyinin
gümüş medalına sahib olub.