Braziliyada
gənclər arasında keçirilən güləş üzrə dünya birinciliyi davam edir. Yarışların üçüncü
günü döşək üzərinə qadın güləşçilər çıxıblar. Azərbaycan yığma komandasının iki
üzvü qızıl, bir üzvü isə bürünc medala sahib olub.”Neftçi
İdman Klubu”nun yetirməsi Türkan Nəsirova bütün rəqiblərinə qalib gələrək dünya
birinciliyinin qızıl medalını qazanıb. 44 kq çəki dərəcəsində mübarizə aparan
Türkan Nəsirova finalda Yaponiya güləşçisi Rina Okunonu 5:2 hesabı ilə məğlub
edib.Qeyd
edək ki, bu “Neftçi İdman Klubu”nun Cənubi
Amerikada keçirilən dünya birinciliyində qazandığı 5-ci medaldır. Yarışların ilk
iki günündə klubumuzun güləşçiləri – Murad Məmmədov qızıl, İslam Abbasov və Kərim
Cəfərov gümüş, Ruhin Mikayılov isə bürünc medala sahib olmuşdular.