Bosniya
və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilərin dünya birinciliyinə
yekun vurulub.Yarışın
son günlərində sərbəst güləşçilər mübarizə aparıblar. “Neftçi İdman Klubu”nun
milli komandada təmsil olunmuş yetirmələrindən ikisi dünya birinciliyinin
bürünc medallarına sahib olublar.İlk
görüşdə İsrail güləşçisi Gennadi Benoquyev üzərində qələbə qazanan Fazil Həsənov
(58 kq) səkkizdəbir finalda amerikalı Yianni Diakomihalisə uduzub. Təsəlliverici
görüşlərə qatılan idmançımız əvvəlcə Qırğızıstan pəhləvanı Maksat Talkambayevi,
sonra isə ukraynalı Dmitri Mixnyuku məğlubiyyətə uğradıb.
Bürünc medal uğrunda Rusiya güləşçisi Soslan Quçakovla üz-üzə gələn Həsənov növbəti
qələbəsini qazanıb və birinciliyi 3-cü yerdə başa vurub.Klubun
digər yetirməsi Əhliman Quliyev (76 kq) ardıcıl olaraq Misir idmançısı Mahmud
Ahmedi və macarıstanlı Botond Lukası məğlub edərək dörddəbir finala yüksəlib.
Bu mərhələdə Rusiya güləşçisi Aslanbek Qvaramiya ilə bacarmayan Əhliman rəqibinin
finala yüksəlməsi ilə təsəlliverici görüşə çıxıb. Cənubi Afrika Respublikasının
təmsilçisi Marais Fredilanla qarşılaşan güləşçimiz inamlı qələbə qazanıb.
Üçüncü yer uğrunda mübarizədə Əhliman Quliyev İran pəhləvanı Hamed Manafiana
tam üstünlüklə qalib gəlib və dünya birinciliyinin bürünc medalına yiyələnib.Xatırladaq
ki, dünya birinciliyinin ilk iki günündə mübarizə aparan yeniyetmə yunan-Roma
güləşçilərimizdən Ülvi Qənizadə (69 kq) də bürünc medal qazanmışdı.