Port-Lui şəhərində keçirilən
Afrika açıq çempionatında “Neftçi İdman Klubu”nun cüdoçuları 2 medala sahib
olublar. 81 kq çəki dərəcəsində mübarizə aparan Əbdülhəqq Rəsullu qətərli Usama
Xadcamanı məğlub edib. Dörddəbir finalda Monteneqro cüdoçusu Sırcan Mravleviçlə
bacarmayan idmançımız təsəlliverici görüşlərə qatılıb. O, bu mərhələdə əvvəlcə
qabonlu Pol Kibikaiyə qalib gəlib. Daha sonra Marko Bubanyanı məğlubiyyətə
uğradan Rəsullu bürünc medala yiyələnib. Klubun daha bir yetirməsi Məmmədəli
Mehdiyev (90 kq) də eyni uğura imza atıb. Bu yolda o, Çili idmançısı Tomas
Briseno və mərakeşli İmad Abdullauiniüzərində qələbə
qazanıb və yarımfinala yüksəlib. Bu mərhələdə Əlcəzair cüdoçusu Abderəhman Benamadiyə
uduzan Mehdiyev, üçüncü yer uğrunda mübarizədə britaniyalı Endryu Bernsi məğlub
edib.