Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə Avropa
çempionatına yekun vurulub. Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya
xarakteri daşıyan yarışda 46 ölkədən 394 idmançı (229 kişi, 195 qadın) qalib adı
uğrunda mübarizə aparıb.Azərbaycan milli komandasının üzvü, “Neftçi İdman
Klubu”nun cüdoçusu Rüstəm Orucov (73 kq) ölkəmizə daha bir medal qazandırıb. O,
ilk görüşdə litvalı Kestutis Vitkauskasa ipponla qalib gəlib. Təmsilçimiz
Çexiya idmançısı Yakub Jesmineki də eyni fəndlə məğlub edib. Dörddəbir finalda
sloveniyalı Rok Draksiç üzərində qələbə qazanan Orucov yarımfinalda Rusiya
cüdoçusu Denis Yartsevə qalib gəlib və finala vəsiqəni təmin edib. İdmançımız
həlledici qarşılaşmada Olimpiya çempionu, gürcüstanlı Laşa Şavdatuaşvili ilə
üz-üzə gəlib və bu mübarizədən də qalib ayrılaraq Avropa çempionu adına sahib
olub.Xatırladaq ki, çempionatın ilk günündə klubumuzun daha
bir yetirməsi Orxan Səfərov (60 kq) yalnız finalda məğlub olaraq gümüş medala
layiq görülmüşdü.Qeyd edək ki, Azərbaycan cüdoçuları Kazanda təşkil
olunan Avropa çempionatının komanda yarışlarında bürünc medala yiyələniblər.
Cüdoçularımız əvvəlcə Latviya komandasına 4:1 hesabı ilə qalib gəliblər.
Növbəti rəqibinə – Polşa millisinə 2:3 hesabı ilə məğlub olan komandamız
təsəlliverici görüşlərə qatılıb. Burada Yunanıstan yığmasını üstələyən (3:2)
cüdoçularımız bürünc medal uğrunda görüşdə Fransa komandası ilə üz-üzə
gəliblər. Böyük əzmvə peşəkarlıq nümayiş etdirən
idmançılarımız rəqiblərini 3:2 hesabı ilə məğlubiyyətə uğradaraq Avropa
çempionatının bürünc medalını qazanıblar.Kazanda çempionatı canlı izləyən “Neftçi İdman Klubu”
İctimai Birliyi idarəetmə aparatının rəhbəri, Azərbaycan Cüdo Federasiyasının
vitse-prezidenti Sadıq Sadıqov cüdoçularımızı parlaq qələbə münasibətilə təbrik
edib.