Mayın 14-də Naxçıvan Muxtar Respublikası Şərur Olimpiya İdman
Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq
üzrə peşəkarlar arasında “Azərbaycan kəməri” uğrunda turnir keçirilib.”Neftçi İdman Klubu”nun təmsilçisi, kikboksun WAKO versiyası üzrə
dünya və Avropa çempionu, dünya kubokunun üçqat qızıl medalçısı Elşad Ələsgərov
(54 kq) “Qızıl Əlcək” İdman Klubunun kikboksçusu, WAKO versiyası üzrə Avropa
çempionu Elçin Bayramov üzərində üçüncü raundda qələbə qazanıb və kəmərə sahib
olub.