Rusiyanın Barnaul şəhərində kontakt koşiki karate üzrə Asiya kuboku
keçirilib. Yarışda 13 müxtəlif ölkənin idmançıları qalib adı uğrunda mübarizəyə
qoşulub.”Neftçi İdman Klubu”nun Azərbaycan yığmasının tərkibində yer almış karateçilərindən
üçü turnirin medallarına layiq görülüb. Təmsilçilərimizdən Asiman Namazov (73
kq) kumite yarışlarında qızıl, katada bürünc medala sahib olub. O,
kumite-bunkay üzrə komanda yarışında isə yenidənliderliyə
yüksəlib. Nazim Mövsümzadə şəxsi kata və komanda yarışlarının (kumite-bunkay) hər
ikisində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Klubun digər yetirməsi Faiq
Bayramov (82 kq) isə kumite yarışlarında açıq Asiya kubokunun qalibi adını
qazanıb.