Rumıniyanın paytaxtı Buxarestdə İon Cornianu və Ladislau Simonun
xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.”Neftçi İdman Klubu”nun pəhləvanlarından Rövşən Bayramov (59 kq) və
Elvin Mürsəliyev (80 kq) milli komandamızın heyətində təmsil olunublar. İki gün
davam edən yarışda hər iki idmançımız mükafata layiq görülüb. Belə ki, güləşçilərimizdən
Rövşən Bayramov yalnız finalda yerli idmançı ilə görüşdən məğlub ayrılıb və
turnirin gümüş medalına sahib olub. Elvin Mürsəliyev isə yarışı 3-cü yerdə başa
vurub.