Rio
de Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunları davam edir.”Neftçi
İdman Klubu”nun üzgüçüsü Roman Saley 100 metr məsafəyə arxasıüstə üsulla üzmə
yarışlarının final mərhələsində 1:00.91 dəqiqə nəticə göstərərək Rio
Paralimpiadasının gümüş medalına yiyələnib.Klubun
digər paralimpiyaçısı, 200 metr məsafəyə kompleks üsulla üzmə yarışlarının
gümüş medalçısı Dmitri Saley isə yarışı 6-cı pillədə başa vurub.Xatırladaq
ki, daha öncə klubun cüdoçularından Ramil Qasımov (73 kq) qızıl, Bayram Mustafayev (66 kq) gümüş və Rövşən Səfərov (81 kq) bürünc, atletika
yarışlarında Kamil Əliyev, üzgüçülük idman növündə isə Dmitri Saley gümüş
medallara sahib olmuşdular.