Futbol üzrə
Azərbaycan I Divizionunda ikinci turun oyunları keçirilib.”Qaradağ
Lökbatan” komandası bu tur çərçivəsində Mingəçevir “Energetik”inin qonağı olub.
Mövsümün ilk matçında vurduğu beş qolla fərqlənən komandamız bu dəfə 4:0
hesablı qələbə qazanıb. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda təşkil
olunan qarşılaşmada futbolçularımız özlərini heç də qonaq kimi aparmayıblar.
Start fitindən dərhal sonra oyuna nəzarəti ələ alan “Qaradağ Lökbatan” 28-ci dəqiqədə
Rüfət Məmmədovun vurduğu qolla önə keçib – 1:0. Cəmi on dəqiqə sonra Məhəmməd Xəlilovun
fərqlənməsi sayəsində hesab 2:0 olub. Bundan sonra oyunun əsas vaxtında
qapılara qol vurulmayıb. Hücumlarını davam etdirən futbolçularımız oyunun əsas
hissəsinə əlavə olunmuş vaxtda rəqibi daha iki dəfə məyus ediblər. Artırma dəqiqələrində
Bəxtiyar Soltanov (90+1) və Aydın Qasımovun (90+2) vurduğu qollar sayəsində
hesab 4:0-a yüksəlib. Matç elə bu hesabla da başa çatıb.İki oyundan 6
xal toplamış “Qaradağ Lökbatan” komandası hazırda turnir cədvəlinə liderlik
edir.