Sentyabrın
24-də AAAF Park Yaşayış Kompleksinin idman zalında startı verilmiş pauerliftinq
üzrə Azərbaycan kubokuna yekun vurulub.Yarışda respublikanın
müxtəlif bölgələrindən 15 komandanın tərkibində 100-dən çox qadın və kişi atlet
qalib adı uğrunda mübarizə aparıb.Yarışın
əsas məqsədi ölkənin ən güclü pauerliftinqçilərinin adına aydınlıq gətirməklə
yanaşı, həm də noyabrda ABŞ-ın Nyu-Orlean şəhərində keçiriləcək dünya kubokuna
hazırlıq və ən yaxşıların seçilməsi idi.”Neftçi
İdman Klubu”nun turnirdə qüvvəsini sınamış atletlərindən üçü mükafatçılar
arasında yer alıb. Onlardan Pərviz Quliyev (67,5 kq) 385 kq ağırlığın öhdəsindən
gələrək qalib adını qazanıb. Elşən Abduraxmanov (52 kq) isə 250 kq nəticə ilə
eyni uğura imza atıb. Zərif cinsin nümayəndələri arasında təşkil olunan yarışda
təmsilçimiz Tubuxanım Aslanova (52 kq) 120 kq ağırlığı ram edib və gümüş medala
layiq görülüb.